Keiko Matsuinin konserti anşlaqla baş tutub

Keiko Matsuinin konserti anşlaqla baş tutub
II Beynəlxalq caz festivalı çərçivəsində Heydər Əliyev Sarayında yaponiyalı pianoçu Keiko Matsuinin konserti anşlaqla baş tutub. SİA-nın məlumatına görə, konserti adəti üzrə Rahib Azəri açıq élan edib.

Gecədə yaponiyalı sənətçinin caz kompozisiyaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hətta konsertin bitməsinə baxmayaraq tamaşaçıların alqışları onu geri qayıdıb bir neçə ifalar səsləndirməyə vadar edib.

Məlumat üçün bildirək ki, XX əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan K.Matsui əsasən caz-pop və fyujn üslubunda ifaçı kimi tanınır. O, Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlamış, orijinal bəstəkar özünəməxsus vokalçı kimi uğur qazanıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet Production" şirkətinin təşkil etdiyi caz festivalı oktyabrın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə