Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında "Yeni adlar, yeni simalar" layihəsi, gənc rəssamların "Gümüş maska" sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərgini Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva açıb. O bildirib ki, hər zaman mədəniyyətimizin və incəsənətimizin müxtəlif sahələrində gənclərin istedadının üzə çıxmasına şərait yaradılır.
Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağaəli İbrahimov vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, sənət nümunələri peşəkarlar tərəfindən hazırlanıb: "Sənət əsərləri insanları təəccübləndirməyi bacarır. Bu da təqdirəlayiq bir istedaddır".
Məlumat üçün bildirək ki, sərgi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasından səmərəli surətdə istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc, istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə təşkil olunub.
Qeyd edək ki, sərgidə gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş Məmməd Rəşidovun əsərləri (rəngkarlıq, kiçik həcmli heykəltəraşlıq, installyasiya və s. ) nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB