Mədəniyyət və İncəsənət Universitetində tələbələrin foto sərgisinin açılışı keçirilib - FOTOSLAYD
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbələrin foto sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru Rafiq Sadıqov bildirib ki, sərgidə müxtəlif mövzuları əhatə edən 50-dən artıq foto nümayiş etdirilir: "Bizim universitet 40-a yaxın ölkə universitetləri ilə əməkdaşlıq həyata keçirir. Universitetdə kinorejissor, televiziya rejissoru, xüsusi ilə kinooperator rejissorluğu üzrə təhsil alan tələbələr bilavasitə kinə-foto işi ilə məşğul olurlar. Bu gün foto sənətinin nümunələrinin burada nümayiş etdirərək foto sənətinin xüsusi əhəmiyyətinin, bədii səviyyəsini, onun estetik gözəlliyini, fəlsəfi düşüncəsini, ümumiyyətlə tarix və foto sənəti problemini öz əksinin tapıb". Universitet prorektoru qeyd edib ki, artıq bir neçə dəfə belə beynəlxalq sərgilərdə tələbələrin fotoları nümayişi təşkil olunub. Onun sözlərinə görə, universitet tələbələrinin təqdim etdikləri fotoları bəzən teatrlar bədii tərtibatları üçün istifadə edə bilirlər.
Sərgidə müxtəlif mövzularda 12 fotosu nümayiş etdirilən Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinin II kurs tələbəsi Vaqif Rəşidov çəkilişləri bir il müddətinə apardığını qeyd edib: "Çəkilişlərdə müxtəlif məkanlardan istifadə etmişəm. Təqdim etdiyim hər fotom bir mövzuya həsr olunub və işlərimlə izləyicilərə fikrimdəkiləri çatdırmaq istəmişəm".
V.Rəşidov fotolarının ilk dəfə nümayişə çıxarıldığını diqqətə çatdırıb və bundan böyük fəxr hiss keçirdiyini ifadə edib. O, eyni zamanda bir neçə fotonun da qəhrəmanıdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin eyni kursdan və fakültədən tələbəsi olan Vüsal Rəşidovun sərgidə 10 fotosu göstərişə çıxarılıb. Onun sözlərinə görə, sərgilənən fotolarda bütün mövzuları əhatə etməyə çalışıb: "Bu gün 10 əsərim nümayiş olunur və birinci kursdan etibarən fotoları çəkməyə başlamışam. Düşünürəm ki, hər hansısa bir insanı çəkiriksə həmin foto o insana həmin saniyədən yadigardır. Bu sənətə hədsiz həvəsim var və gələcəkdə uğur qazanmağım üçün daima üzərimdə çalışacağam".
Sərgidə universitetin tələbələrindən Zaur Rəsulov, Samir Şaxtaxtinski, Şahpəri Abbasova və başqalarının fotoları təqdim olunub. Nümayişin bir həftə davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB