Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakültəsi, ATMU-nun “Marketinq” kafedrasının əməkdaşları və tələbələri Baku Business Factory-də (BBF) layihə yarışmasında iştirak ediblər.
SİA-nın məlumatına görə, layihələrin son dəyərləndirmə mərhələsində ATMU əməkdaşlarını qəbul edən Baku Business Factory-nin (BBF) İdarə Heyətinin sədri Anar Əskərov ölkə prezidentinin qeyri-neft sektoruna göstərdiyi diqqətdən danışaraq bu tip layihə yarışlarının iqtisadi sektora müsbət təsir edəcəyini qeyd edib.
ATMU-nun “Marketinq” kafedrasının müdiri Anar Eminov ilk növbədə müasir turizm təhsilinin planlaşdırılmasında universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq layihə yazılışının təşkili, eləcə də tələbələrin bu sahədə təcrübə qazanmasının əmək bazarında özlərini, ideyalarını lazımi şəkildə təqdimetmə qabiliyyətlərini artırdığını bildirib. ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev isə universitet-sənaye əməkdaşlığının hər iki tərəf - həm təhsil, həm də sənaye üçün üstünlüklərindən, xüsusilə turizm sektoru üçün bu formatda əməkdaşlığın daha da effektiv olmasından bəhs edib.
İki gün davam edən layihə dəyərləndirməsi nəticəsində ATMU-nun IV kurs tələbələri Cəmilə Quliyeva, Ülvi Ramazanov, Ceyhun Məmmədov, Əli Nəcəfovun hazırladıqları “BOUTA” 4 ulduzlu butik otelin layihələndirilməsi və əsaslandırılması proyekti birinci yerə layiq görülüb.
Sonda BBF-in layihə meneceri Rəşad Məmmədov tərəfindən Azərbaycan Turizm və Mencement Universitetinin layihə üzrə koordinatoru, “Marketinq” kafedrasının müəllimi Uğur Babayevə təşəkkürnamə, tələbələrə birincilik diplomları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB