Heydər Əliyev Sarayında “Arzular qanadında” adlı uşaqlar üçün konsert keçiriləcək

Heydər Əliyev Sarayında “Arzular qanadında” adlı uşaqlar üçün konsert keçiriləcək
Noyabrın 14-də Heydər Əliyev Sarayında "Arzular qanadında" adlı uşaqlar üçün konsert keçiriləcək. Bu barədə SİA-ya sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verilib. Məlumata görə, konsertdə "Çiçəyim" Uşaq Teatrı, "Səyyah", "Azəri inciləri", "Şənlik" rəqs kollektivləri iştirak edəcəklər.

Məlumatda bildirilib ki, sarayın təşəbbüsü ilə keçirilən hər konsertdə olduğu kimi bu tədbirdə də uşaq evlərinin sakinləri, eləcə də əlil azyaşlılar üçün ön sıralarda pulsuz yer ayrılacaq.

Qeyd edək ki, biletlərin qiyməti 3 manatdan - 10 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə