Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda Birinci Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Bakıda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda Birinci Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
"Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda Birinci Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, konfransın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunan beynəlxalq elimi-praktik konfransın həvalə olunub.

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır.

Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlərin keçməsi də planlaşdırılır.

Qeyd edək ki, konfrans öz işinə noyabrın 9-dа başlayacaq və 10-da bitəcək. Beynəlxalq konfrans "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən həyata keçirilir. Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə