Qara Qarayevin 100 illik yubileyi Moskvada qeyd olunacaq

Qara Qarayevin 100 illik yubileyi Moskvada qeyd olunacaq

Aprelin 9-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq. SİA-nın məlumatına görə, konsertin solistləri Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebskidir. Moskva Konservatoriyasının simfonik orkestrinə Rusiyanın Əməkdar Artisti Anatoli Levin dirijorluq edəcək. Konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.

Xatırladaq ki, fevralın 1-də Moskva Konservatoriyasının kiçik zalında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olub.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə