“İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə “Bayrağımız-qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə açılan tədbirin rəsmi hissəsində “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət müşaviri Zümrüd Səmədova, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, şəhid anası Güldəstə İmamverdiyeva, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov, muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, Təhsil Nazirliyinin “Sağlam Təhsil, sağlam millət” layihəsi üzrə koordinator Vüsal Qasımov, QHT rəhbərlərindən Almaz Zeynalova, Mehriban Abdullayeva, Minayə Feyzullayeva, xalq artisrti Firuzə İbadova çıxış edərək tədbirin ictimai əhəmiyyətindən danışmış, dövlət bayrağının tarixi və mənəvi dəyərlərinin təbliğinin vacibliyini qeyd ediblər.
Bədii hissə sosial videoçarxın nümayişi, azyaşlı məktəblilərin “Bayrağa sədaqət andı” mərasim və dövlət bayrağına həsr edilmiş çıxışlarla yadda qalıb.
Təhsil Nazirliyi, AMEA İnsan Hüquqları İnstitutu, QHT, həmçinin şəhər məktəblərinin müəllim və şagird heyəti, media nümayəndələrinin iştirak etdiyi tədbir “Bayrağımız qürur mənbəyimizdir” adlı silsilə tədbirlərdə fəal iştirakına görə istedadlı şagirdlər, müəllimlər, ictimaiyyət nümayəndələrinin “İnnovativ Təşəbbüslər” İctimai Birliyi adından sertifikatlara layiq görülməsi ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB