Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın birgə keçirdiyi virtual müsabiqənin qalibləri məlum olub
Ölkəmizin mədəniyyət və turizm potensialının bütün dünyada təbliği məqsədilə "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın "Mondeos" nəşriyyatının birgə keçirdiyi virtual müsabiqənin qaliblərinin adları məlum olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, təqdim edilən suallara düzgün cavab verən iştirakçılar arasında püşkatmanın qalibləri, Fransanın turizm şirkətlərinin nümayəndələri Marie Jose Rovere və Virginie Reymonddur. Qaliblər müsabiqədə iştirak edən 360 turizm şirkətləri və tur operatorları arasından seçilib.
Müsabiqənin şərtlərinə əsasən, qaliblər ölkəmizə səfər edəcək və səfərlə bağlı bütün xərclər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Səfər zamanı qonaqlar Azərbaycanın tarixi yerləri və abidələri, maddi və qeyri-maddi mədəni irsi ilə tanış olacaqlar.
Qeyd edək ki, "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində Fransanın "Mondeos" nəşriyyatından başqa, Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının "Vokruq Sveta", Birləşmiş Krallığın "Filmler Limited" və Birləşmiş Ərəb Əmirliklərinin "Explorer" nəşriyyatları arasında razılıq əldə edilib və Azərbaycan haqqında 3 bələdçi kataloqun təqdimat mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB