Özbəkistan Kinosu Günlərinin təntənəli açılışı keçirilib- FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Özbəkistan Kinosu Günlərinin təntənəli açılışı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında dərin dostluq və qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından bəhs edib.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın vaxtlarda qardaş ölkəyə səfərini, səfər çərçivəsində səmərəli görüşlərin keçirilməsini, Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin açılmasını, ölkəmizdə Özbəkistan Gəncləri Günlərinin təşkil edilməsini iki ölkə arasında səmimi dostluğun bariz nümunəsi kimi dəyərləndirib: "Hesab edirəm ki, bu səfər hər iki ölkə arasındakı mədəni əlaqələrin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcək".
Nazir uzun fasilədən sonra yenidən ölkəmizdə keçirilən Özbəkistan Kinosu Günlərinin müvəffəqiyyət qazanacağına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyinə əminliyini bildirib.
Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev xalqlarımızın səmimi dostluğunun başqa xalqlar üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsindən söz açıb. Səfir qeyd edib ki, Azərbaycan teatr sənəti Özbəkistan teatrının formalaşmasında əhəmiyyətli rol oynayıb.
Ölkəmizdə Özbəkistan Kinosu Günlərinin keçirilməsini əlamətdar hadisə hesab edən İ.Erqaşev bu cür tədbirlərin tez-tez keçirilməsinin, iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, "Özbəkkino" Milli Agentliyi baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımov kino günləri çərçivəsində təqdim olunacaq filmlər haqqında məlumat verərək onların azərbaycanlı tamaşaçılar tərəfindən bəyəniləcəyinə, Bakıda keçirilən bu tədbirin uzun illər yaddaşlardan silinməyəcəyinə əminliyini bildirib.
Sonda tədbir iştirakçıları Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Qamara Komolovanın lentə aldığı "Səma altında yol" bədii filminə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB