Türkiyənin Samsun şəhərində "Beynəlxalq Samsun şeir günləri" keçirilib. SİA-nın məlumatına görə, Samsun Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən tədbir çərçivəsində əslən Azərbaycandan olan tanınmış türk şairi Yavuz Bülentin də çıxış etdiyi "Türk dili" mövzusunda konfrans keçirilib.
Daha sonra Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən 15 ölkədən şairlərin də iştirak etdiyi şeir gecəsində qələm ustaları şeirlərini oxuyublar. Gecədə daha bir azərbaycanlı şair - Əjdər Ol iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB