Üçgünlük “Selector” proqramının yekun tədbiri keçirilib FOTOLAR
“YARAT” Müasir İncəsənət Mərkəzində üçgünlük “Selector” proqramının yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt çıxış edib: "Keçən il “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə “Selector” proqramı çərçivəsində 200-dən çox ifaçı üçün musiqi forumu təşkil etmişdik. Bu il reallaşan eyniadlı təlim bu uzunmüddətli proqramın tərkib hissəsidir. “Selector” radio proqramı bu il də “ASAN radio”nun köməyi ilə yayımlandı. Bu proqram həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Proqram çərçivəsində reallaşan ustad dərsləri silsiləsində tədbirlərin təşkili, o cümlədən, planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təqdimatı, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektlərinə peşəkar nöqteyi-nəzərdən yanaşılıb. İntensiv təlim kursu britaniyalı event-prodüser və təlimatçı Dan Tsu tərəfindən aparılıb. “Selector” radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicidən ibarət geniş kütləyə London şəhərindən həftəlik olaraq yayımlanır”.
“ASAN radio”nun direktoru Emin Musəvi təlimlə bağlı fikirlərini bölüşüb: “Bu layihənin iştirakçılarından biri də “ASAN radio”dur. Bu radio-şou bizim radiomuz vasitəsilə yayımlanır. Bu proqram vasitəsilə çox ölkənin radiodalğalarında gənc ifaçılar öz musiqilərini proqram vasitəsilə yayımlayır. Üç gün ərzində, müvafiq görüşlər oldu, təlimlər keçirildi. “British Council Azərbaycan”la bu çərçivədə əməkdaşlığımızı davam etdiririk. Ölkəmizdə belə bir radioproqramın təşkili və yayımlanmasına görə olduqca məmnunuq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB