AZTA və TAAİ əməkdaşlıq haqqında Memorandum imzalanıb FOTOLAR

AZTA və TAAİ əməkdaşlıq haqqında Memorandum imzalanıb FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Asossiasiyası (AZTA) ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. SİA-nın məlumatına görə, sərgidə Azərbaycanı Assosiasiyanın üzvləri olan 20 yerli turizm şirkəti təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bağırov imzalama mərasimi zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.

İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib.
Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya 2500-dən çox üzv var. Təşkilatın üzvləri sırasına dövlət və qeyri dövlət üzvləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə