Milli Kitabxanada Gənclər günü ilə bağlı kitab sərgisi keçirilib FOTOLAR
M. F Axundov adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər günüdür” adlı kitab sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açıb. O, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən, bu tarixin “Azərbaycan gəncləri günü” elan edilməsindən, Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolundan, hər bir sahədə gənclərə dövlət tərəfindən göstərilən yüksək qayğıdan, gənclərin cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirakından söz açıb.
Professor Kərim Tahirov ölkə başçısı Cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsini vurğulayıb, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün gördüyü işləri diqqətə çatdırıb.
Sonra çıxış edən gənclər bu gün müstəqil Azərbaycan dövlətində onlara göstərilən qayğıdan, hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləyiblər.
Sonda tədbir iştirakçıları “2 fevral - Gənclər günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“2 fevral- Gənclər günüdür” adlı kitab sərgisi davam edir.
Həmçinin bu gün Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Gəncliyimiz sabahımızdır” adlı tədbir keçirilib. Tədbirdə 8 saylı məktəbin 8a sinif şagirdləri iştirak ediblər. Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Gənclər gününün yaranma tarixindən, ölkə başçısı İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara ölkəmizin sayılan gəncləri sırasında olmalarını arzulayıb. Tədbirdə həmçinin kitab və dövri mətbuat sərgisi təşkil edilib.
Gənclər şərgilənən ədəbiyyatlarla tanış olub, sonda xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB