Qusar Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Qusar Heydər Əliyev Mərkəzinin iş təcrübəsinin öyrənilməsi və “Gənclərimiz gələcəyimizdir” mövzusunda “2 Fevral – Azərbaycan Gənclər günü” münasibətilə tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclərin, həvəskar fiziki məhdudiyyətli dekorativ, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-satış təşkil edilib.
Heydər Əliyev Mərkəzinin Ulu Öndərin xatirə ekspozisiya zalında rəsmi açılış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilov tədbir iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi N.Ağayev çıxış edərək gəncləri, sənətkarları Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırdı. Həmçinin vurğulayıb ki, belə tədbirlərin regiona daxil olan digər rayonlarda da keçirilməsi zəruridir. Belə tədbirlərin keçirilməsinin regionda tətbiqi və dekorativ sənət nümunələrinin daha da inkişaf etməsində və əhali arasında təbiliğində böyük əhəmiyyəti vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB