Asif Usubəliyevlə Cihan Özdemir arasında görüş keçirilib FOTO

Asif Usubəliyevlə Cihan Özdemir arasında görüş keçirilib FOTO

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin və Mərkəzin rəsmi partnyoru olan Bakı Yunus Əmrə İnstitununun yeni təyin olunmuş rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.

SİA-nın məlumatına görə, görüşdə müəssisələr arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyə mədəniyyətinin vahid və oxşar paradiqmalardan bəhs edən rəhbərlər bu sahədə birgə fəaliyyətin istiqamətlərini müəyyən ediblər.

A.Usubəliyev və C.Özdemir qurumların iş planlarından söhbət açaraq, vahid türk mədəniyyətindən, ortaq mədəni maraqlardan və 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar keçiriləcək birgə layihələrdən danışıblar. Məqsəd iki ölkələrin gənclərini mədəni proseslərə cəlb edilməsi, vətənpərvərlik hissinin formalaşması və “Bir millət iki dövlət” ifadəsini məzmunca doldura bilməsidir.

Xatırladaq ki, 28.07.2017-ci il tarixində İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” çərçivəsində təşkilatlar arasında əməkdaşlıq Memorandumu imzalanıb. 03.11.2017 – ci il tarixində isə Gəncə şəhər Məshəti Gəncəvi Mərkəzində əməkdaşlıq çərçivəsində “IV Türk dünyası ənənəvi uşaq oyunları festivalı” birgə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə