3 fevral 2018-ci il tarixində, saat 15.00-da Azərbaycan Milli Incəsənət Muzeyində Hacı Zeynalabdin Tağıyevın (1838-1924) xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyev, ad və fəaliyyətində vətənpərvərlik, nəciblik, comərdlik, xalqına və ailəsinə sadiqlik kimi insana xas ən ali keyfiyyətlərin təcəlli tapdığı şəxsiyyətlər sırasındadır.
Hacı Zeynalabdin Tağıyev ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə ümumxalq sevgisini qazanmış və əbədi olaraq xalqın yaddaşında yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB