“Heydər Əliyev və rabitəmizin intibahı” kitabının təqdimat mərasimi keçirilib- FOTO

“Heydər Əliyev və rabitəmizin intibahı” kitabının təqdimat mərasimi keçirilib- FOTO
Bu gün Atatürk Mərkəzində Siruz Abasbəylinin "Heydər Əliyev və rabitəmizin intibahı" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda çıxış edən müəllif bildirib ki, rabitəmizin inkişaf yolu müəyyən tarixi mərhələlərdən keçib.

"Bu kitabda həmin mərhələlərin birindən- rabitəmizin ötən əsrin 90-cı illərinin yarısından çoxunu əhatə edən intibah dövründən bəhs edilir. Özünün dinamikliyi, həyata keçirilən dövlət əhəmiyyətli layihələrin qloballığı, yeridilən texniki siyasətin düzgünlüyü, götürülən istiqamətin dəqiqliyi və aydınlığı, dünyanın ən qabaqcıl telekommunikiasiya şirkətləri ilə qurulan birgə əməkdaşlığın genişliyi və Heydər Əliyev dühası işıqlanan bu dövr rabitə tariximizin ən zəngin səhifələrindəndir"-deyə S.Abasbəyli əlavə edib.

Müəllif onu da vurğulayıb ki, kitabda həmin dövrdə qazanılan nailiyyətlərlə yanaşı, qarşıya çıxan problemləri, çətinlikləri də olduğu kimi əks etdirən müxtəlif səpkili qəzet materialları, çıxışlar, rəsmi sənədlər və fotolar toplanıb: "Ümidvaram ki, kitab rabitəmizin tarixini araşdıran tədqiqatçıların, jurnalistlərin, rabitə mütəxəssislərinin, eləcə də adi oxucuların marağına səbəb olacaq".

Məlumat üçün bildirək ki, kitabın baş redaktoru Əfqan Məmmədov, redaktoru Sevda Mikayılqızıdır. Kitab 300 tirajla çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə