Uşaqlar üçün şad xəbər!

Azərbaycan Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində - martın 17-də “Pepee – Sevmək zamanı” musiqili interaktiv yeni tamaşa göstəriləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, Türkiyənin ilk milli cizgi filmi qəhrəmanı Pepee tam yeni mahnıları ilə görüşə gəlir. Yaşından asılı olmayaraq hər kəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee mahnılı və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərəcək.

Pepee iləTürkiyənin bir-birindən fərqli mədəni dəyərlərini kəşf edən uşaqlar Nemrut, Kapadokya və Göbeklitepe ilə tanış olacaqlar.

Tamaşaya biletləri https://iticket.az/events/ pepee-sevmek-zamani saytında əldə etmək olar.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə