“7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçirilib
Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında "7-ci mərtəbə" adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq rəssamı Ağaəli İbrahimov, əməkdar incəsənət xadimi Fərman Qurbanov və başqaları iştirak edib.
Açılışda çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, sərginin bu cür adlandırılması heç də təsadüfi deyil: "Belə ki, Azərbaycan Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlal küçəsi 31 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssamlar incəsənətimizin xəzinəsinə öz layiqli töhfələrini verir, keçirilən bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak edərək milli mədəniyyətimizin təbliğinə xidmət göstərirlər. Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq 7-ci mərtəbə rəssamları adlandırılır. Səmərəli bədii yaradıcılıq fəaliyyətlərini, təsviri sənətin inkişafına göstərdikləri xidmətləri nəzərə alaraq, 7-ci mərtəbə rəssamlarının yaradıcılığının təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə bu gün sərgini təşkil etmişik".
Nazir onu da vurğulayıb ki, sərgidə nümayiş olunan hər bir rəssamın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycan incəsənətinin ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verir.
Məlumat üçün bildirək ki, bu sərginin və kataloqun çap edilməsi ideyası 2010-cu il yanvar ayının 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığına əsasən nazir müavini Ədalət Vəliyevin Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən yaradıcılıq emalatxanalarında görüşü zamanı yaranıb.
Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov, Bəhram Xəlilovun əsərləri nümayiş etdirilib.
Kataloqdakı əsərlərin fotoşəkillərinin çəkilişi, kataloqun dizaynı və tərtibatı əməkdar rəssam, fotoqraf-dizayner Tahir Məmmədov tərəfindən aparılıb.
Qeyd edək ki, sərgi oktyabr ayının 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB