Azərbaycanlı aktyor: "Aylıq gəlirim hədsiz dərəcədə aşağıdır" AÇIQLAMA

Azərbaycanlı aktyor: "Aylıq gəlirim hədsiz dərəcədə aşağıdır" AÇIQLAMA

Əməkdar artist Elşən Rüstəmov maraqlı məsələlərə toxunub. SİA-ya açıqlama verən aktyor alıq gəlirindən söz açıb: "Bildiyiniz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrlarının aktyoruyam. Bundan başqa "Laləli saray" serialında rol almışam. Teatrlarda maaş çox azdır. Serialda da həmçiin maddi durum yaxşı deyil. Ona görə də aylıq gəlirim hədsiz dərəcədə aşağıdır. 3 yerdən aldığım pulnan yalnız 1 aylıq tələbatlarımı ödəyə bilirəm. Yaxşı pul qazanmaq üçün çalışıram ki, bir neçə yerdə aktyor olaraq fəaliyyət göstərim. Əldə etdiyim gəlir yüksək olmadığı üçün özümə maşın da ala bilmirəm. Amma hər anıma görə Allaha şükür edirəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə