Bollivudun ən uğurlu rejissorlarından biri, “Dharma Productions” şirkətinin rəhbəri Karan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib. RİA Novosti xəbər verir ki, rejissor filmin istənilən dildə uğur qazana biləcəyinə əminliyini ifadə edib. O, həmçinin bildirib ki, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusundadır.
Qeyd edək ki, ötən il Hollivud rejissoru, üç dəfə Oskar mükafatı qazanmış Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında müsahibələr formasında sənədli film çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB