Moskvada MDB ölkələrinin elm və yaradıcı ziyalılarının V Forumu keçirilib
Moskva şəhərində MDB ölkələrinin elm və yaradıcı ziyalılarının V Forumu keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, MDB ölkələri "Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şurasının sədri, şair Çingiz Əlioğlu, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Dövlət Flarmoniyasının direktoru Murad Adıgözəlzadə, Milli Konservatoriyanın prorektoru Gülnaz Abdullazadə və habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarını təmsil edən bir qrup gənc alim iştirak ediblər.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun binasında tədbirin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Rusiya Federasiyasının prezidenti Dmitriy Medvedyev çıxış edərək iştirakçıları salamlayıb.
Ukraynalı məşhur alim Boris Yevgenyeviç Paton və Rusiya Federasiyasının Təhsil və Maarif naziri Fursenko Andrey Aleksandroviç gənc alimlər müsabiqəsində qaliblərə müxtəlif mükafatlar təqdim ediblər.
Azərbaycan Respublikası Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Bir neçə çıxışdan sonra forum iştirakçıları elmin, ictimai həyatın, yaradıcılığın müxtəlif sahələrini ehtiva edən 10-a qədər palataya bölünərək 2 gün ərzində plenar iclaslarda müzakirələr apardıblar.
Əsas mövzusu "İnnovasiya mədəniyyətinin yüksəlişində və cəmiyyətin inkişafında KİV və ədəbiyyatın rolu" olan "KİV, ədəbiyyat və nəşriyyat fəaliyyəti" palatasının iclaslarına rəhbərlik həmyerlimiz Çingiz Əlioğluna həvalə edilib.
Tədbirin sonuncu günü səfir P.Bülbüloğlu və Rusiya prezidentinin nümayəndəsi M.Şvıdkoyun sədrliyi ilə Forumun yekun iclası keçirilib. Yalnız palata sədrlərinin çıxış etdiyi bu iclasda Çingiz müəllim də çıxış edərək, palatada iclasların keçirilməsi barədə məlumat verib, yekun sənəd üçün təkliflər səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB