Xəbər verildiyi kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdədir.
SİA-nın məlumatına görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.
Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.
Nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.
Görüşdən sonra nazir Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Sonda nazir Muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB