Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Kamança" filmi üzərində son tamamlama işləri gedir. SİA-nın xəbərinə görə, bu barədə "Debüt" studiyasında istehsalata buraxılan filmin rejissoru Ruslan Hüseyni məlumat verib.
R. Hüseynidən aldığımız məlumata görə hazırda ekran əsəri səsləndirilmə mərhələsindədir: "Sentyabr ayında filmin hazırlıqları başlanıb. Çəkilişlərimiz 10 gün ərzində Ağsuda gerçəkləşib. Filmin montaj prosesi də yekunlaşıb. Tezliklə filmi təhvil verəcəyik".
Rejissorun sözlərinə görə 27 dəqiqəlik film tragikomediya janrında ekranlaşdırılıb: "Bu yüngül gülüş yox, düşündürən gülüşdür. Qəhramanımız fağır, məqsədsiz bir insan olsa da filmin sonrakı gedişatı onu bəzi seçimlər qarşısında qoyur..."
Məlumat üçün bildirək ki, filmin ssenari müəllifi Əjdər Ol, operatoru Əli Sultanov, redaktoru Ayla Osmanova, direktoru Vladimir Dudniçenko, bədii rəhbəri isə Eldar Quliyevdir.
Filmdə baş rollarda Qurban İsmayılov, Almaz Amanova, Loğman Kərimov çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB