Oktyabrın 20-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Milli Kulinariya Mərkəzinin (MKM) təşkilatçılığı ilə IV Beynəlxalq kulinariya bayramı keçirilib.
SİA-nın məlumatına görə, MKM-in icraçı direktoru Nailə Mürsəlova artıq dünyada yeddinci, ölkəmizdə isə dördüncü dəfədir ki, qeyd olunan bayramın əhəmiyyətindən danışıb. O, MKM-in baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə bir qrup kulinarımızın hazırda Çinin Ləncyou şəhərində keçirilən Beynəlxalq kulinariya bayramında iştirak etdiyini bildirib.
N. Mürsəlova vurğulayıb ki, indiyədək keçirilmiş bayramlarda Fransa, Rusiya, İtaliya, Yunanıstan və digər ölkələrdən gəlmiş qonaqlar kulinarlarımızın əl işləri ilə tanış olublar. Bu bayramlar Azərbaycan xörəklərinin dünyada tanıdılması və digər xalqların milli mətbəximizə marağının artmasına şərait yaradıb.
Tədbirin Kanada, İtaliya, Fransa, Bolqarıstan, Rusiya, Gürcüstan, Yunanıstandan gəlmiş iştirakçılarına və Azərbaycanın ayrı-ayrı rayonlarını təmsil edən kulinarlara fəxri diplomlar təqdim olunub.
Xəzər Universitetinin tələbələrinin ifasında bədii proqram nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB