“Əliqismət Lalayev – həyat rejissoru” adlı kitab işıq üzü görüb- FOTO
Bu günlərdə tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü Qulam Sadıq olan "Əliqismət Lalayev – həyat rejissoru" adlı kitab "Qanun" nəşriyyatı tərəfindən işıq üzü görüb. SİA-nın məlumatına görə, kitabda Naxçıvan MR-in əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin həyat və fəaliyyətindən, uzun illər çalışdığı Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaratdığı tamaşalardan, bir rejissor kimi teatr tariximizə gətirdiyi yeniliklərdən, bir alim kimi elm sahəsindəki uğurlarının əhəmiyyətindən bəhs olunur.
Topluda həmçinin Ə.Lalayev haqqında dövrü mətbuatda çap olunan materiallarla və respublikanın tanınmış incəsənət xadimlərinin onun həyat və yaradıcılığı ilə bağlı fikirləriylə tanış olmaq mümkündür.
Məlumat üçün bildirək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB