Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin nəzdində "Qarabağ-Azərbaycan-İstanbul" teatrı yaradılıb. Bu özəl qurum qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməklə, Qarabağ həqiqətlərini dünyaya yaymaqda müəyyən rol oynayacaq. Teatrın tamaşalarında iştirak etmək üçün türk aktyorlarla yanaşı, Azərbaycan sənətçiləri də dəvət olunublar.
Musiqili Komediya Tetrının aktrisası, uzun illər Ağdam Dövlət Dram Teatrında çalışan xalq artisti Fatma Mahmudova da bu məqsədlə İstanbula dəvət edilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib. Məlumata görə, F. Mahmudova teatrın ilk tamaşasında ana surətini yaradacaq.
Xalq artisti Fatma Mahmudova yeni tamaşanın məşqlərində iştirak etmək üçün oktyabr ayının 20-dən 30-a dək İstanbula səfərə yola düşüb.
Məlumat üçün bildirək ki, Fatma Mahmudova 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında aktrisa kimi yaradıcılıq fəaliyyətinə başlayıb. "Dağılan tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryəm, "Təhminə və Zaur"da Təhminə və s. kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB