“Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” FOTOLAR

“Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qəbələ - sağlam mühit” ictimai birliyi Balakən rayonunda həyata keçirilən “Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” adlı layihə çərçivəsində tədbir keçirdib. SİA-nın məlumatına görə, tədbirdə layihənin rəhbəri Seymur Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Qeyd etmişdir ki, turizm ölkənin mədəni sosial-iqtisadi həyatındakı rolundan əlavə onun dünyadakı siyasi mövqeyinin möhkəmləndirilməsində də çox böyük əhəmiyyəti vardır. Belə bir cəhət inkişaf etməkdə olan ölkələr üçün çox mühümdür. Ekoturizmin ölkəmizin bölgələrində inkişaf etdirilməsi, buraya turist axınına nail olunması ilə iqtisadi yüksəliş və sosial səmərədən əlavə həmin ərazi haqqında yüksək imic formalaşdırıb, canlı informasiya da yaymaq mümkündür.

Ekoturizm iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Ekoturizm iqtisadiyyatın inkişaf istiqaməti kimi bir çox üstünlüklərə malikdir: bu sahəyə qoyulan kapital yüksək dövretmə əmsalına malikdir. Ekoturizmin cazibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayələrin qısa müddətdə özünü doğrultmasında və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasıdır.

Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdir müavini Fariz Nəcəfov, Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin işçiləri iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumatlar verilib.

Tədbirdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, kitabçalar və üzərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “Qəbələ - sağlam mühit” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.

Sonda iştirakçılar ilə birgə xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə