Qazaxıstanın paytaxtı Astanada Ümumdünya Dini Mədəniyyət Forumu keçirilib. SİA-nın Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, forumda dünyanın 71 ölkəsindən dini nümayəndələr, siyasətçilər, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.
Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin müraciətində bildirildiyi kimi, bu forum ölkələr arasında dini, mədəni əməkdaşlığın inkişafına təkan verəcək. Bizim ölkəni bu forumda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, tarix elmlər doktoru Zaur Həsənov, akademik Maya Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev təmsil edib.
Öz çıxışında Polad Bülbüloğlu Dağlıq Qarabağ probleminə toxunaraq bildirib: "Müharibə barədə danışmaq həmişə kədərli və ağrılıdır. Amma ən önəmlisi qorxuludur. Xatırlatmaq istərdim ki, Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal edilməsindən bu gün - oktyabrın 18 2010-cu ildə - 6985 gün keçir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB