“Böyük səhnəyə yol” adlı layihənin gənc ifaçıları “Müharibə və əmək əlilləri üçün pansionat”ında xeyriyyə konserti veriblər

“Böyük səhnəyə yol” adlı layihənin gənc ifaçıları “Müharibə və əmək əlilləri üçün pansionat”ında xeyriyyə konserti veriblər
Oktyabrın 18-də "Böyük səhnəyə yol" adlı layihənin bir qrup gənc ifaçısının iştirakı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda növbəti xeyriyyə konserti uğurla başa çatıb. Konsert Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin SİA-ya verdiyi məlumata görə, xeyriyyə tədbirində əməkdar artist Aybəniz Haşımovanın rəhbərliyi ilə, gənc və istedadlı ifaçılar Məhin Hümbətova, Nicat Kazımov və Səbinə Ərəbli pansionat sakinlərinin böyük sevinci, rəğbəti və alqışlarının müşayəti ilə, muğam və xalq mahnıları ilə yanaşı, öz sevilən mahnılarını səsləndiriblər.

Tədbirə qatılanlar yəqin ki, uzun müddət xoş təəssüratlarla yaşayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə