Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli abu-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.
SİA-nın məlumatına görə, sözsüz ki, bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə Şahdağ ideal məkan olduğundan buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.
Hər il olduğu kimi bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar yaradıb. Bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16.000-dən çox turist ziyarət edib. Onlardan 40 %-dən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.
Qeyd edək ki, bayram günlərində turistlərin isirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB