Heydər Əliyev Sarayında uşaqlara unudulmaz gün yaşadılıb FOTOLAR
Heydər Əliyev Sarayında uşaqlara “Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik təqdim edilib. Saraydan SİA-ya bildiriblər ki, şənlikdə Yeni ilin ən sevilən personajları olan Şaxta baba və Qar qız uşaqlarla ünsiyyətdə olub, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirib. İlk dəfə təqdim olunan “Veniamin” şou proqramı uşaqların əyləncəsinə əlavə rəng qatıb.
Azyaşlı tamaşaçılara təqdim olunan bayram proqramının musiqili qonaqları da olub. Estrada ifaçıları Sadiq Məmmədov, Nicat Cəfərzadə, Dəniz Abbasova, Akif Süleymanbəyli (saksofon), Əhməd Mustafayev, Fərid Quliyevin çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edib.
Sonra xalq artisti Faiq Ağayevin çıxışı və təbriki Yeni il şənliyini uşaqlar üçün daha maraqlı və yadda qalan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB