“İlahi məhluq” filminin nümayişi gələn ilin yanvar ayında nəzərdə tutulur- EKSKLÜZİV

“İlahi məhluq” filminin nümayişi gələn ilin yanvar ayında nəzərdə tutulur- EKSKLÜZİV
Dövlət sifarişi ilə çəkilən "İlahi məhluq" filminin nümayişi gələn ilin yanvar ayında nəzərdə tutulur. Bu barədə SİA-ya filmin ssenari müəllifi, kinorejissor Yavər Rzayev məlumat verib. Onun sözlərinə görə, filmdə baş verən hadisələr bir çoban ailəsinin dağların yuxarı hissəsində qışlaqda yaşamağa getməsi zamanı cərəyan edir. Belə ki, film ailənin qışlaqda olan zaman başlarına gələn macəralarla bağlıdır: "Çobanın ailəsi birdən qar uçqununa məruz qalır. Qar uçqunu onların üzərinə gəlir. Filmdə ailənin qar uçqunundan qurtulmaq üçün aşağı enməyi öz əksini tapır...".

Yavər Rzayev onu da bildirib ki, filmin səsləndirilməsi üçün Moskvaya getmək nəzərdə tutulub: "Montaj işlərinin də orada aparılması planlaşdırılır".

Filmin rejissoru Yavər Rzayev, bəstəkarı Siyavuş Kərimi, rəssam Rafiq Nəsirov, operatoru isə İrandan gələn Rəsul Kənxayidir.

Filmdə baş rolları xalq artisti Nürəddin Mehdixanlı, Vəfa Zeynalova, Minəvvər Əliyeva və ilk dəfədir ki, uşaq evindən olan Corc Qafarov ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə