Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da tikinti-quruculuq və abadlıq işləri günü-gündən artır. SİA-nın Şimal-Qərb bürosunun verdiyi məlumata görə, bu gün əsaslı təmirdən sonra istifadəyə verilən Zaqatala İncəsənət Məktəbi də görülən işlərin davamıdır.
Məktəbin inzibati binası son zamanlar tikilən, əsaslı təmir olunan və rayona xüsusi gözəllik gətirən binaların sırasına qoşulub. Zaqatala İncəsənət Məktəbinin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə və bir sıra idarə-müəssisə rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri də, iştirak ediblər.
Tədbirdə çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əvvəlcə məktəbin kollektivini təbrik edib. M.Əhmədzadə ölkəmizdə və Zaqatalada aparılan tikinti-quruculuq işlərinə də toxunaraq, təkcə son bir ay ərzində, rayonda bir neçə inzibati binanın əsaslı təmirdən sonra rayon əhalisinin istifadəsinə verildiyini xüsusi vurğulayıb. İcra başçısı çıxışı zamanı respublikamızda, o cümlədən Zaqatalada görülən bu işlərin Dövlət başçısının vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.
Tədbirə gələn rayon ictimaiyyətinin nümayəndələri də son zamanlar Zaqatala rayonunda sürətlə aparılan tikinti-quruculuq və abadlıq işlərini yüksək qiymətləndirdiklərini, əsasən də, Prezident İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğını hər addımda hiss etdiklərini deyiblər.
Tədbirin sonunda Zaqatala İncəsənət Məktəbinin şagirdləri hazırladıqları musiqi proqramı ilə rayon ictimaiyyəti qarşısında çıxış ediblər.
Əlmaniz Ələkbərli, AJB və AYB-in üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB