“İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği” mövzusunda konfrans keçiriləcək
21-22 oktyabr tarixlərində Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, konfrans iştirakçıları İKT üzv ölkələrində qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirləri tədqiq və müzakirə edəcəklər.
Konfransda Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESKO-dan nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfindən isə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin, "Millenium Turizm Congress" turizm şirkətinin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlar keçirəcəklər.
İKT üzv ölkələrindən və İKT Köməkçi Orqanları, İxtisaslaşmış və Filial İnstitutlarından olan hər bir nümayəndə üçün Konfransın işində iştirak etmək açıqdır.
Konfransın açılışı oktyabrın 21-də "Ramada Plaza Ganja’" mehmanxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB