Çarli Çaplinin nəvəsi Bakıya gələcək

Çarli Çaplinin nəvəsi Bakıya gələcək

Noyabrın ilik ongünlüyündə Bakıda Çexov festivalı keçiriləcəkdir. SİA-nın məlumatına görə, festival çərçivəsində dünyanın bir sıra tanınmış teatrlarının yaradıcı kollektivləri Azərbaycan səhnəsində çıxış edəcəklər. Onların sırasında dünya şöhrətli komediya ustası Çarli Çaplinin nəvəsi Aureliya Tyera-Çaplin də vardır. O, festivlada "Aureliyanın oratoriyası" tamaşasının baş qəhrəmanı kimi səhnəyə çıxacaqdır.

Azərbaycan teaatrsevərləri də dünyanın ən aparıcı səhnələrində, ən mötəbər festivallarda nümayiş etdirilən "Aureliyanın oratoriyası" tamaşasını görmək imkanı qazanacaqlar. Teatr və sirk elementlərinin sintezindən ibarət "Aureliyanın oratoriyası"nda nə dialoq, nə də mətn vardır. Əvəzində bolluca sirk tryukları, illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer alıb.

Tamaşanın quruluşçu recissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Terye-Çaplindir. Ümumiyətlə, Aureliyanın iştirakçısı olduğu bütün nömrələrin müəllifi yalnız anası Viktoriya Çaplindir. "Aureliyanın oratoriyası" noyabrın 12, 13, 14 –də Bakıda, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində göstəriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə