Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da "Yaşıl Teatr" Konsert Kompleksində Yaponiyanın məşhur sənətçi-şairi xanım Kieko Komanın başçılıq etdiyi ansambl xeyriyyə konserti verib.
SİA-nın məlumatına görə, Konsertdə Kieko Koma xüsusi olaraq Azərbaycana həsr etdiyi poemanı səsləndirib. Konsertdə onu məşhur Yaponiya pianoçusu və barabançısı İdaki Shin müşayiət edib.
Yaponiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Yaponiyadan gəlmiş mətbuat nümayəndələri konsertdə olub.
Qeyd edək ki, Koguryo sülaləsinin şahzadəsi olan Kieko Koma ailəsindən qalan sərvəti "Sülhə çağırış" devizi ilə xeyriyyə tədbirlərinə sərf edir.
Sənətçinin çıxışını tamaşaçılar böyük maraqla izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB