Bakıda II Beynəlxalq caz festivalının açılış mərasimi keçirilib
Oktyabrın 16-da Heydər Əliyev Sarayında II Beynəlxalq caz festivalının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet Production" təşkil ediblər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox iş görülüb. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış ediblər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir.
Əbülfəs Qarayev xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünya şöhrətli caz ustası Vaqif Mustafazadənin 70 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ölkəmizdə musiqiyə və əsl sənətə verilən qiymət və qayğının bariz nümunəsinin göstəricisidir. Dünyanın ən böyük caz musiqisi bayramlarından biri olacaq II Beynəlxalq caz festivalında Azərbaycanın və müxtəlif xarici ölkələrin caz ifaçıları çıxış edəcəkdir.
Gecədə musiqisevərlər əməkdar artist Həsənağa Abbasquliyevin rəhbərlik etdiyi "Arena" caz orkestrinin məharətlə ifa etdiyi caz improvizasiyalarını maraqla dinləyiblər. İsrailli Amikam Kimelmanın dirijorluq etdiyi orkestrin ifasında dünya caz bəstəkarlarının məşhur kompozisiyaları da səslənib.
Festival oktyabrın 30-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB