Rühəngiz Qasımovanın 70 illik yubileyi qeyd olunacaq

Rühəngiz Qasımovanın 70 illik yubileyi qeyd olunacaq
Tanınmış bəstəkar Rühəngiz Qasımovanın 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. SİA-nın məlumatına görə, yubiley gecəsi oktyabr ayının 20-də, saat 19.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Rühəngiz Qasımovanın yubiley gecəsində bəstəkarın sənət yoldaşları ilə yanaşı, bir çox müğənnilər də iştirak edəcək. Tədbirdə xalq artisti Flora Kərimova, əməkdar artist Ənvər Sadıqov, müğənnilərdən Lalə Məmmədova, Abbas Bağırov və digərləri iştirak edəcək. Konsertdə Ruhəngiz Qasımovanın bəstələdiyi mahnılar ifa olunacaq.

Məlumat üçün bildirək ki, Ruhəngiz Qasımova 1940-cı ildə iyul ayının 12-də anadan olub. O, "Quyu", "Qızıl oğlan" və s. tamaşalara musiqi yazıb. Ruhəngiz Qasımova uzun illər "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə səs rejissoru və filmlərin bəstəkarı kimi çalışıb. Fikrət Qoca, Bəxtiyar Vahabzadə və digər şairlərin sözlərinə mahnılar yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə