“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib FOTOLAR

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. SİA-nın məlumatına görə, müsabiqəni məktəbin direktoru Gülşən Quliyeva açıq elan edərək, M. Maqomayevin yaradıcılığı haqqında, onun adını daşıyan təhsil ocağının fəaliyyəti və nailiyyətləri barədə danışıb. Daha sonra Baş İdarənin rəis müavini Nazim Əliyev və Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva cıxış edərək müsabiqə iştirakçılarını salamlayıblar, onlara uğurlar arzu ediblər.

Müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin vokal və estrada ifaçıları iştirak ediblər. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

Müsabiqənin münsiflər heyətinin üzvləri əməkdar artist, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru Gülnaz İsmayılova, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının müəllimləri Yevgeniya Məmmədova və Dmitriy Babayev olublar.

Qeyd edək ki, qaliblərin təltifolunma mərasimi və qala konsert dekabrın 27-də saat 15:00-da Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə