“İçərişəhər” Qoruğu İdarəsinin 10 illik fəaliyyəti nümayiş olunur
İçərişəhərdə Kiçik Qala küçəsində, Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında açıq havada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılmasının 10 illik fəaliyyətini əks etdirən ekspozisiya nümayiş olunur.
Qoruq İdarəsindən SİA-ya verilən məlumata görə, dekabrın sonunadək davam edəcək ekspozisiyada son 10 il ərzində elmi-tədqiqat və arxeologiya, kütləvi tədbirlər, bərpa və abadlaşma sahəsində görülmüş işlər, həmçinin İçərişəhərdə səfərdə olmuş rəsmi qonaqlar və tanınmış simalar, Marionet teatrı, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi, Tahir Salahovun ev-muzeyi və s. haqqında maraqlı məlumatlar və fotolar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB