Hüseyn Cavidin şeirləri ilk dəfə Belarus dilinə tərcümə edilib
Belarusun yaradıcı ziyalılarının "Literatura i iskusstvo" qəzetinin 15 oktyabr nömrəsində "Kruqozor" rubrikasında Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş böyük həcmli material dərc edilib.
SİA-nın məlumatına görə, bu məqalənin unikallığı ondan ibarətdir ki, burada Azərbaycan ədəbiyyatının klassikinin Belarus dilinə ilk dəfə tərcümə edilmiş şeirləri verilib. "Polınya" ədəbi jurnalının baş redaktoru, şair Nikolay Metlitskinin tərcüməsində təqdim edilən bu şeirlər Belarus oxucularının Hüseyn Cavid poeziyasının koloritini duymalarına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB