Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümün ilk premyerasını təqdim edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi "Oliver Tvistin macəraları" tamaşasının premyerasını sənətsevərlərin ixtiyarına verəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ç.Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Kafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimov, rejissor assisenti Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.
Böyük aktyor heyətinin rol aldığı tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova, aktyorlar Roza İbadova, Nicat Kazımov, Atabala Səfərov, Məhərrəm Musayev, Asya Atakişiyeva, Nigar Məmmədova, Elnur Hüseynov, Fidan Abbasova, Elşən Rüstəmov və başqaları iştirak edirlər.
Tamaşa noyabr ayının 10-da, saat 17.00-da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB