Gənc rəssamların “Yeddinci mərtəbə” adlı sərgisi açılacaq - FOTO
Oktyabrın 22-də, saat 18.00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssamların "Yeddinci mərtəbə" adlı sərgisi açılacaq. Bu barədə SİA-ya mərkəzdən məlumat verilib. Bu ilin yanvar ayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə İstiqlal küçəsində yerləşən binanın yeddinci mərtəbəsindəki emalatxanalarda işləyən rəssamların problemləri ilə maraqlanılıb və həmin rəssamların yaradıcılıqlarının təbliği ilə bağlı işlər görülməyə başlanılıb.
Sərgidə Hüseyn Əliyevin, Yavər Sultanovun və başqalarının yağlı boya ilə kətan üzərində işləri, qrafika və heykəltəraşlıq nümunələri sərgilənəcək. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi sərgisi keçiriləcək rəssamların əsərlərinin kataloqlarını hazırlayıb. Bu kataloqun təqdimatı sərginin açılış günü təqdim olunacaq.
Məlumat üçün bildirək ki, sərginin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsidir.
Qeyd edək ki, sərgi oktyabrın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB