Azərbaycanda ilk dəfə olaraq komputer qrafikası ilə yaradılan animasiya filmi nümayiş etdiriləcək - FOTO
Tamaşaçılar yaxın günlərdə nağıl müzikl janrında çəkilən animasiya filminə baxmaq imkanı qazanacaq. Bunu SİA-ya filmin mətbuat əlaqələndiricisi Nərmin Muradova məlumat verib. "Onun ürəyi" animasiya filmi Azərbaycanda bir çox ilkə imza atacaq. Bu həftə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostudiyasında istehsal olunan "Onun ürəyi" nağıl müzikl animasiya filminin son çəkilişləri aparılır.
"ART QLOBAL PRODUCTION"nın iştiraki ilə çəkilən animasiya filminin yaradıcı heyəti filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Kərimoğlu, filmin direktoru Mahir İbrahimov, bəstəkar Vüqar Camalzadə, operator Nadir Mehdiyev son akkordları vurmağa hazırlaşırlar.
Saf və təmiz sevginin qara qüvvənin möhürlədiyi ürəyi sevməyə vadar etməsi elə də asan olmayacaq. Tamaşıçılar ustalıqla işlənmiş qrafika, maraqlı tapıntılar və peşəkar aktyor komandasının ifasında xeyirlə şərin gərgin mübarizəsinin şahidi olacaqlar.
Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq komputer qrafikası ilə yaradılan qəhrəmanları aktyorlar canlandırır. Kompüter qrafikasının tərtibatı PanTurala məxsusdur. Gənc aktyor Murad Abdullayev, müğənnilər Aysel İbrahimova, Aygün Rəhimova, Aysel və Aytac İsayeva bacıları ilə yanaşı əməkdar artist Təvəkkül Əliyev animasiya filmində rol alıblar.
Animasiya filmi uşaqlara və xarici ölkələrin istehsalı olan filmlərə baxıb "Niyə bizdə bunu bacarmırlar?" deyən böyüklərə nəticə etibarı ilə peşəkar animasiya filminə baxmaq istəyən hər kəsə ünvanlanıb. Animasiya filminin müasir 3D formatlı kinoteatrlarda nümayiş olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB