Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq

Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq
Oktyabrın 15-də, saat 12.00-da Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib. Məlumata görə, sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işləri nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilən sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb.

Beş nominasiya üzrə keçirilən sərgi-müsabiqədə, əsərləri xüsusilə fərqlənən müəlliflərə münsiflər heyətinin qərarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları, fəxri fərmanlar təqdim ediləcək.

Məlumat üçün bildirək ki, sərgi iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə