“Deyilən söz yadigardır” V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək
Dekabrın 1-dən 3-dək Göyçay şəhərində Rəsul Rzanın 100 illiyinə həsr olunan "Deyilən söz yadigardır" V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov məlumat verib.
Məlumata görə, müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin üzvləri) iştirak edə bilər.
Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidirlər.
Müsabiqə iki tur üzrə – seçim turu (2 gün) və final (1 gün) keçirilir. İştirakçılar müsabiqəyə qəzəl, şer, mənsum şer, poema, hekayə ilə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də daxil etməlidirlər.
Seçim turunda iştirak edəcək ifaçıların anketləri şəhər (rayon) Mədəniyyət və Turizm şöbələri (idarələri) tərəfindən tərtib olunub, 2010-cu il il noyabr aynının 20-dək Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinə (Hökumət Evi, 309-cu otaq, tel. 493-06-03) müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, qaliblər üçün aşağıdakı mükafatlar təsis edilib:
I mükafat- 500 manat, I dərəcəli diplom II mükafat- 300 manat, II dərəcəli diplom III mükafat- 250 manat, III dərəcəli diplom
3 həvəsləndirici mükafat – hər biri 100 manat və diplom
Qeyd edək ki, dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün xüsusi mükafatlar təsis edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB