“Atamı çox sevirəm” filminin çəkilişləri yekunlaşıb

“Atamı çox sevirəm” filminin çəkilişləri yekunlaşıb
"Cinema Evi" MMC-də "Atamı çox sevirəm" filminin çəkilişləri tamamlanıb və film artıq montaj prosesindədir. SİA-nın məlumatına görə, filmin rejissoru Novruz Paşayev, ssenari müəllifi və prodüseri Elçin Musaoğludur. Ekran əsərində Rövşən Ağayev, Oksana Quliyeva çəkiliblər. Filmin çəkilişləri Bakıda aparılıb.

Məlumat üçün bildirək ki, film 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi IV "Bu meydan, bu ekran" müsabiqəsində qalib olan üç layihədən biridir.

Digər layihələr isə "Günəşdə ləkələr" ("Ayan-Z" MMC) və "Gözlərimə gün düşür" ("Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi) ssenariləridir. Qısametrajlı və video formatda olacaq filmlərin hazırda ssenariləri üzərində iş gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə