Musiqi məktəbinin direktoru "reket jurnalistlər"dən şikayətləndi
Sabunçu rayon Maştağa qəsəbəsindəki 10 saylı musiqi məktəbin direktoru Qafar Nuriyev redaksiyamıza müraciət edərək haqqında şər, böhtan xarakterli məlumatın bizimaz.az saytında məqsədli şəkildə tirajlandığını bildirib. SİA-ya açıqlamasında Q.Nuriyev bildirib ki, yazıda dərc olunan fikirlərin ona qətiyyən aidiyyatı yoxdur və müxbirin uydurmasıdır: "Görünür jurnalisti mənim barəmdə qərəzli yazı yazmağa təhrik edənlər var. Belə olmasaydı məndən bir kəlmə soruşmadan, fikrimi öyrənmədən belə "faktlar" ortaya qoyulmazdı. Əsas məqsəd isə mənimlə Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Bakı şəhər Mədəniyyət və Turizm idarəsini üz-üzə qoymaqdır. Guya mən istilik sistemindən, maddi çətinliklərdən, rəhbər-işçi münasibətlərindən gileylənmişəm. Jurnalistdən soruşmaq lazımdır ki, mətbuat nə vaxtdan idarə-müəssisələrin problemini həll edən olub ki, mən də Nazirliyə, Baş İdarəyə yox mətbuata üz tutum. Bu qədər rəzillik olmaz axı. Sözüm olsa nazirliyə gedərəm və problemi yalnız onlara deyərəm. Yeri gəlmişkən son illər dövlətimizin iqtisadi inkişafı, bütün sahələrə sirayət edib. Digər sahələr kimi mədəniyyət ocaqlarına da diqqət və qayğı var. Yeni-yeni musiqi məktəbləri istifadəyə verilir və bütün avadanlıqlarla təchiz olunur. Bu bizi qane edir. Amma "reket jurnalistlər"in cızma-qarası, şər-böhtan yazıları peşə fəaliyyətimizə ziyan vurur, insanın faydalı iş görməsinə mane olur. Əgər bu şantaj kampaniyasına son qoyulmasa aidiyyəti qurumlara məlumat verməli olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB